Bakıda NATO ekspertlərinin təlim kursu başlayıb

Bakıda NATO ekspertlərinin təlim kursu başlayıb Təlim kursu martın 5-dək davam edəcək
Hərbi
3 Mart , 2015 19:08
Bakıda NATO ekspertlərinin təlim kursu başlayıb

Bakı. 3 mart. REPORT.AZ/ Martın 3-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Təhlil və Öyrənilmiş Təcrübələr Mərkəzinin ekspertlər qrupu tərəfindən təlim kursu başlayıb. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kursda Silahlı Qüvvələrin şəxsi heyəti üçün NATO-da öyrənilmiş təcrübələr şəbəkəsinin qurulması və bu prosesin hansı mərhələləri əhatə etməsinə dair təqdimatların verilməsi nəzərdə tutulub.

Təlim kursu martın 5-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi