Azərbaycanın müdafiə naziri təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb - FOTOSESSİYA

Azərbaycanın müdafiə naziri təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb - FOTOSESSİYA Təlimlər sentyabrın 20-dək davam edəcək
Hərbi
16 Sentyabr , 2014 17:58
Azərbaycanın müdafiə naziri təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb - FOTOSESSİYA
Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb.

Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə təlim toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə görə təşəkkür edib.

Nazir bilidirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək imkanı əldə ediblər.

Müdafiə naziri keçirilən təlimlərin Azərbaycan prezidenti İlham Əliyevin tələb və tapşıpıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.

Sonra Z.Həsənov şəxsi heyətin vəziyyəti, yeməkxana, yataq, tibb xidmətinin təşkili, mobil hamam-camaşırxana və digər məişət şəraiti ilə tanış olub, eyni zamanda onların təlimlərdə iştirakı, silah və hərbi texnikadan istifadə etmə bacarıqları ilə maraqlanaraq döyüş atışlarının yerinə yetirilməsi, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə məsələlərə diqqətin daha da artırılmasını xüsusi vurğulayıb.

Qeyd edək ki, təlimlər sentyabrın 20-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi