Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, sentyabrın 1-dən 5-dək Almaniyanın Oberammerqau şəhərində Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, sentyabrın 12-dək isə Türkiyənin Ankara şəhərində Kiber müdafiə üzrə təlim kursu keçiriləcək.
Hər iki kursda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.