​Azərbaycan prezidenti: “Gələn ilin dövlət büdcəsində hərbi xərclərə xüsusi diqqət göstərilməlidir”

​Azərbaycan prezidenti: “Gələn ilin dövlət büdcəsində hərbi xərclərə xüsusi diqqət göstərilməlidir” “Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik”
Hərbi
9 Oktyabr , 2014 10:25
​Azərbaycan prezidenti: “Gələn ilin dövlət büdcəsində hərbi xərclərə xüsusi diqqət göstərilməlidir”

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Gələn ilin dövlət büdcəsində əlbəttə ki, hərbi xərclərə xüsusi diqqət göstərilməlidir. Mən dəfələrlə demişəm ki, biz müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq, atəşkəs rejimi yaradılıb. Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır”. “Report”un xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında deyib.

Prezident deyib ki, son illərdə Azərbaycan bu sahədə böyük nailiyyətlər qazanıb: “Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik.

Bununla bərabər, Azərbaycanda hərbi istehsal inkişaf edir. Bu ilin keçən rübündə ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilib. Bu da son illərdə Azərbaycanda bu sahədə görülən işlərin nəticəsidir. Bu sərgiyə böyük maraq göstərilib. Həm Azərbaycan öz hərbi məhsullarını təqdim edib, həm də ki, dünyanın bu sahədə aparıcı ölkələri öz müasir silah və texnikalarını nümayiş etdiriblər. Demək istəyirəm ki, dövlət büdcəmizdə əlbəttə, yerli hərbi istehsala diqqət göstərilməlidir”.

Son xəbərlər

Orphus sistemi