"Report" İsrail KİV-nə istinadən xəbər verir ki, "Aeronautics" İsrail şirkətinin dəstəyi ilə 2011-ci ildə yaradılan "Azad Systems" Azərbaycan şirkəti hazırda "Orbiter-2" pilotsuz təyyarələrini istehsal edir. "Aeronautics Defense Systems" şirkətinin marketinq və satış məsələləri üzrə icraçı direktorunun müavini Dani Eşşarın sözlərinə görə, Azərbaycan şirkəti öz istehsalatını genişləndirmək niyyətindədir. O qeyd edib ki, hazırda "Azad Systems" şirkəti tərəfindən "Orbiter-3" pilotsuz təyyarələrinin istehsalına başlama imkanları haqqında danışıqlar aparılır.
Qeyd edək ki, "Orbiter-3" pilotsuz təyyarəsinin qanadlarının uzunluğu 4,4 metr, maksimal çəkisi 30 kq təşkil edir. Pilotsuz təyyarə 7 saat ərzində avtonom rejimdə qala bilir və katapulta vasitəsilə havaya qaldırılır.