Azərbaycanla Qırğız Respublikası arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycanla Qırğız Respublikası arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub Bişkekdə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qırğız həmkarı Abibilla Kudayberdiyevlə görüşüb
Hərbi
1 İyun , 2015 11:38
Azərbaycanla Qırğız Respublikası arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub

Bakı. 1 iyun. REPORT.AZ/ Bişkekdə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qırğız həmkarı Abibilla Kudayberdiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 1-də Bişkək şəhərindəki Qələbə meydanında yerləşən Əbədi məşəl abidə kompleksini ziyarət edərək əklil qoyub.

Sonra Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyev tərəfindən Z.Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.

Nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə iki ölkə arasında aparılan danışıqların və keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Koy-Taş şəhərində yerləşən Qırğız Respublikası Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzində olub. Mərkəzin tarixi, fəaliyyəti və strukturu haqqında qonaqlara brifinq təqdim olunub.

Səfər iyunun 2-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi