Azərbaycanın müdafiə naziri Pakistan Prezidenti ilə görüşəcək

Azərbaycanın müdafiə naziri Pakistan Prezidenti ilə görüşəcək Görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb
Hərbi
19 Noyabr , 2014 12:33
Azərbaycanın müdafiə naziri Pakistan Prezidenti ilə görüşəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Rəşad Mahmud və müdafiə naziri Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib. Bu barədə “Report”a Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Noyabrın 19-da Müdafiə naziri general-polkovnik Z.Həsənovla Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn arasında görüşün keçirilməsi gözlənilir.

Səfər bu gün sona çatacaq.

Son xəbərlər

Orphus sistemi