​Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

​Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib “Qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi"
Hərbi
7 Sentyabr , 2015 19:49
​Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində baş vermiş xain terror aktı nəticəsində türk hərbçilərinin şəhid olması və yaralanması ilə əlaqədar Türkiyənin milli müdafiə naziri cənab Vecdi Gönülə və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb. "Report"un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, məktublarda bildirilir:

“Qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.

Son xəbərlər

Orphus sistemi