Azərbaycanın bir qrup sülhməramlısı Əfqanıstana yola salınıb

Azərbaycanın bir qrup sülhməramlısı Əfqanıstana yola salınıb Sülhməramlılarımız NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərir
Hərbi
12 İyul , 2016 19:01
Azərbaycanın bir qrup sülhməramlısı Əfqanıstana yola salınıb

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin 44 hərbi qulluqçudan ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, məqsəd NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərməkdir.  

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Son xəbərlər

Orphus sistemi