Dövlət başçısı: "Orduda maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür"

Dövlət başçısı: "Orduda maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür" "Azərbaycanda artıq mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur"
Hərbi
27 May , 2016 23:04
Dövlət başçısı: Orduda maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür

Bakı. 27 may. REPORT.AZ/ "Azərbaycanda artıq mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezident İlham Əliyev mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

"Biz gələcəkdə də hərbi gücümüzü artırmalıyıq və artırırıq. Neçə ildir ki, ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun döyüş qabiliyyəti, maddi-texniki təminat yüksək səviyyədədir. Ən müasir silahlar, texnikalar gətirilir, eyni zamanda, Azərbaycanda istehsal olunur. Azərbaycanda artıq mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur", - deyə dövlət başçısı diqqətə çatdırıb.

O bildirib ki, bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır:

"Mən bunu dəfələrlə demişəm. Aprel ayında Ermənistanın törətdiyi təxribat, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Biz gələcəkdə bu istiqamətdə əlavə tədbirlər görəcəyik və artıq müvafiq göstərişlər verilib. Mən onları açıqlamaq istəmirəm. Maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür. Azərbaycan xalqı əmin olsun ki, bu məsələ daim diqqət mərkəzindədir. Biz öz gücümüzü bilirik, öz gücümüzdən istifadə etmirik, sadəcə olaraq təxribatlara layiqli cavabımızı vermişik, veririk, lazım gələrsə, verəcəyik və çalışacağıq ki, bu məsələ tezliklə və sülh yolu ilə həll edilsin".

Son xəbərlər

Orphus sistemi