Azərbaycanda hərbi yük maşını qatarla toqquşub, bir hərbçi yaralanıb

Azərbaycanda hərbi yük maşını qatarla toqquşub, bir hərbçi yaralanıb Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır
Hərbi
30 Oktyabr , 2015 20:21
Azərbaycanda hərbi yük maşını qatarla toqquşub, bir hərbçi yaralanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün MAZ markalı hərbi yük maşını dəmir yol ötürücüsünü keçərkən qatarla toqquşub. Qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Əsgər M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi