Azərbaycanda hərbi sahədən yazan jurnalistlərə diplomlar təqdim edilib - FOTO

Azərbaycanda hərbi sahədən yazan jurnalistlərə diplomlar təqdim edilib - FOTO Onların arasında "Report" İnformasiya Agentliyinin əməkdaşları da var
Hərbi
17 Sentyabr , 2016 13:26
Azərbaycanda hərbi sahədən yazan jurnalistlərə diplomlar təqdim edilib - FOTO

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin klubunda Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün "Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimləri" ilə bağlı tədbir keçirilib.

"Report"un məlumatına görə, tədbirdə "Dinc Dünya" Araşdırma Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyev çıxış edib.

O, çıxışında təlimdə iştirak edən hərbi sahədən yazan jurnalistlərin keyfiyyətli biliklərə yiyələndiklərindən danışıb.

Daha sonra Beynəlxaq Avrasiya Fondunun rəhbəri Umud Mirzəyev, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdri Həmid Mirzəyev, Müdafiə Nazirliyinin zabiti Nizami Əliyev və digər qonaqlar iştirak edib, təlimin üstünlüklərindən söz açıblar.

Tədbirin sonunda təlimdə iştirak edən hərbi sahədə yazan jurnalistlər diplomla təltif edilib. "Report" İnformasiya Agentliyinin əməkdaşları İsmayıl Nəsibli və Valeh Dadaşova da diplomlar verilib.

Qeyd edək ki, "Dinc Dünya" Araşdırma Mərkəzinin iyulun 24-dən avqustun 14-dək keçirdiyi təlimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib. Tədbirə Azərbaycan Müdafiə Nazirliyi də dəstək verib. Layihə Azərbaycan Prezidentinin 24 sentyabr 2014-cü ildə verdiyi "Cəbhəyanı zonada bəzi təhlükəsizlik tədbirləri" barədə sərəncamına əsasən təşkil olunub. 

Tədbirdə təhlükəli zonada işləmək peşəsi seçmiş jurnalistlərə hərbi hissənin gündəlik xidmət rejimi, hərbi təlm anlayışı, əsgərin döyüş hazırlığı dərsləri, hərbi həyatda baş verə bilən hadisələrin səbəbləri, tabelikdə olanların (komandir-əsgər), tabelikdə olmayanların (əsgər-əsgər) münasibətləri, nizamnamədənkənar davranışlar, mənfi liderlik anlayışı, və s. cinayət olaylarının səbəbləri mövzusunda təlim-mühazirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi