Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilib

Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilib Sənədi Azərbaycan Prezidenti İlham Əliyev imlzayaıb
Hərbi
22 Noyabr , 2014 08:42
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilib
Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. “Report” xəbər verir ki, dəyişiklik “Hərbi qulluqçuların statusu haqqında” qanunun Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrində və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda respublikadan gedə bilərlər.

Son xəbərlər

Orphus sistemi