İki ali hərbi məktəb Ali Hərbi Məktəbə birləşdirilib, 4 hərbi fakültə yaradılıb

İki ali hərbi məktəb Ali Hərbi Məktəbə birləşdirilib, 4 hərbi fakültə yaradılıb Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalanıb
Hərbi
25 Dekabr , 2015 18:15
İki ali hərbi məktəb Ali Hərbi Məktəbə birləşdirilib, 4 hərbi fakültə yaradılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulub.

Nazirlər Kabinetinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Prezident aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi