Azərbaycana silah satışı məsələsi Rusiya Prezident Komissiyasının iclasında müzakirə edilib

Azərbaycana silah satışı məsələsi Rusiya Prezident Komissiyasının iclasında müzakirə edilib Vladimir Putin Nijni Novqorodda xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq üzrə prezident komissiyasının iclasını keçirib
Hərbi
30 Mart , 2016 09:37
Azərbaycana silah satışı məsələsi Rusiya Prezident Komissiyasının iclasında müzakirə edilib

Bakı. 30 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin martın 29-da Nijni Novqorodda xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq üzrə prezident komissiyasının iclasını keçirib.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, iclasda həmçinin MDB ölkələrinə, o cümlədən Azərbaycana silah tədarükü məsələsi müzakirə edilib.

Nəşrin yazdığına görə, Rusiya tərəfi Azərbaycana T-90S tankları, BMP-3 piyadaların döyüş nəqliyyat vasitələri, Mi-17B-1 vertolyotları verib. Məlumata görə, eyni zamanda Azərbaycan və Rusiya arasında 18 ədəd Ağır Odsaçan Sistemin (TOS-1A) çatdırılması ilə bağlı müqavilə bağlanılıb.

İclas zamanı, həmçinin müqavilələrin həyata keçirilməsi, o cümlədən Azərbaycana BTR-82A təchizatı müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi