​Azərbaycan X "Russia Arms Expo-2015" hərbi sərgisində iştirak edəcək

​Azərbaycan X "Russia Arms Expo-2015" hərbi sərgisində iştirak edəcək Yubiley sərgi 9-12 sentyabr tarixlərində keçiriləcək
Hərbi
7 Avqust , 2015 22:58
​Azərbaycan X Russia Arms Expo-2015 hərbi sərgisində iştirak edəcək

Bakı. 07 Avqust. REPORT.AZ/ Azərbaycan hərbçiləri X "Russia Arms Expo-2015" silah, hərbi texnika və döyüş sursatları beynəlxalq sərgisində iştirak edəcəklər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sverdlovsk vilayətinin Sənaye, Elm və Texnologiya Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, sərgidə hələ ki, 19 ölkənin hərbi nümayəndələri iştirak etməyi planlaşdırır. Ərizə qəbulu kampaniyasının davam etdiyi bildirilir.

Sərgiyə qatılacaq ölkələr sırasında Azərbaycanla yanaşı Fransa, Belçika, İtaliya, Finlandiya, İsveç, Macarıstan, Uruqvay, Argentina, Anqola, Belarus, Yaponiya, Koreya, Vyetnam, Monqolustan, BƏƏ, Türkiyə, Livan və Namibiyanın adı var.

Yubiley sərgi 9-12 sentyabr tarixlərində Nijnetaqil Metalların Sınağı İnstitutunun "Staratel" poliqonunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi