Azərbaycan və Sloveniya Müdafiə nazirlikləri arasında əməkdaşlıq planına uyğun olaraq tədbir keçirilib

Azərbaycan və Sloveniya Müdafiə nazirlikləri arasında əməkdaşlıq planına uyğun olaraq tədbir keçirilib Tədbirdə Sloveniya Hərbi Akademiyasının dinləyiciləri, Hərbi Elmi Mərkəzinin bir sıra mühazirəçiləri iştirak ediblər
Hərbi
3 May , 2016 15:43
Azərbaycan və Sloveniya Müdafiə nazirlikləri arasında əməkdaşlıq planına uyğun olaraq tədbir keçirilib

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan və Sloveniya Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sloveniyada "Mühazirəçi mübadiləsi" tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirin məqsədi Azərbaycanın tanıdılması, regionda təhlükəsizlik vəziyyəti və həqiqətlər barədə geniş auditoriyaya məlumatın çatdırılması, o cümlədən iki ölkənin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.
Mayın 3-də Müdafiə Nazirliyinin Beynəlxlaq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Sloveniya Silahlı Qüvvələrinin Hərbi Məktəblər Mərkəzində "Cənubi Qafqazın təhlükəsizliyi üzrə təhdidlərə Azərbaycanın baxışı" mövzusunda mühazirə ilə çıxış edib, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə geniş məlumat verib.

Tədbirdə Sloveniya Hərbi Akademiyasının dinləyiciləri, Hərbi Elmi Mərkəzinin bir sıra mühazirəçiləri, hərbi təhsil müəssisələrinin rəhbər heyəti, o cümlədən Müdafiə Nazirliyi və Baş Qərargahın nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi