Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Reymond Maybusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq müzakirə olunub.
Görüşdə eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlərə toxunulub.