Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı hərbçiləri birgə təlim keçirəcək

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı hərbçiləri birgə təlim keçirəcək Təlimi keçirməkdə məqsəd hərbçilər arasında dostluq və əməkdaşlıq münasibətlərini gücləndirməkdir
Hərbi
30 May , 2015 12:49
Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı hərbçiləri birgə təlim keçirəcək

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı hərbçiləri birgə təlim keçirəcək.

"Report" Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytı məlumat yayıb.

Xəbərə görə, "Qafqaz qartalı" adı verilən təlimlər Türkiyədə mayın 31-dən iyunun 10-dək keçiriləcək.

Təlimi keçirməkdə məqsəd hərbçilər arasında dostluq və əməkdaşlıq münasibətlərini gücləndirmək, təcrübə mübadiləsi etmək, qoşunların birgə fəaliyyəti mexanizmini inkişaf etdirməkdir.

Məlumata əsasən, təlimə Türkiyədən bir xüsusi təyinatlı tağım, iki hərbi helikopter və bir nəqliyyat vertolyotu, Azərbaycan və Gürcüstanın hər birindən bir xüsusi təyinatlı hərbi tağım qatılacaq.

Son xəbərlər

Orphus sistemi