Azərbaycan ​sülhməramlılarının növbəti qrupu Əfqanıstana yola salınıb - FOTO

Azərbaycan ​sülhməramlılarının növbəti qrupu Əfqanıstana yola salınıb - FOTO Qrupa 25 hərbçi daxildir
Hərbi
14 Oktyabr , 2015 12:41
Azərbaycan ​sülhməramlılarının növbəti qrupu Əfqanıstana yola salınıb - FOTO

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan sülhməramlılarının növbəti qrupu Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 25 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Son xəbərlər

Orphus sistemi