Azərbaycan ​sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - VİDEO

Azərbaycan ​sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - VİDEO Qrupa 42 hərbçi daxildir
Hərbi
7 Yanvar , 2016 12:31
Azərbaycan ​sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - VİDEO

Bakı. 7 yanvar. REPORT.AZ/ NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Son xəbərlər

Orphus sistemi