Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər İstanbul şəhərində (Türkiyə) Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Kuleli Liseyini ziyarəti planlaşdırılır
Hərbi
15 Noyabr , 2014 10:29
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, noyabrın 17-dən 18-dək Ankara şəhərində (Türkiyə) Heydər Əliyev adına Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Quru Qoşunları Hərbi Məktəbini ziyarəti, noyabrın 17-dən 21-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu və Türkiyənin İstanbul şəhərində Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Kuleli Liseyini ziyarəti planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi