Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri fevralın 23-dən 27-dək Vaşinqton şəhərində (ABŞ) Yaxın Şərq və Cənubi Asiya Mərkəzi (NESA) tərəfindən keçiriləcək təhlükəsizlik məsələləri üzrə növbəti seminarda iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Silahlı Qüvvələrin nümayəndələri həmçinin Lvov şəhərində (Ukrayna) Saber Guardian və Rapid Trident-2015 komanda qərargah təlimlərinin əsas planlaşdırma konfransında da iştirak edəcəklər.