Azərbaycan Silahlı Qüvvələrinin döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib İdarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi icra olunub
Hərbi
11 Noyabr , 2015 13:30
Azərbaycan Silahlı Qüvvələrinin döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təlimlərə müdafiə naziri general-polkovnik Zakir Həsənov rəhbərlik edib.  

Döyüş atışlı təlimlərdə baş nazirin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər.

Eyni zamanda, aviasiya texnikasının ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanılıb.

Sonra idarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi icra olunub.

Müdafiə naziri tərəfindən verilən tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi