​Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Belçikaya səfər edib

​Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Belçikaya səfər edib Nəcməddin Sadıkov sabah NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək
Hərbi
19 May , 2015 18:17
​Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Belçikaya səfər edib

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığına səfər edib. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfərin məqsədi NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etməkdir.

Mayın 21-dək davam edəcək görüşlərdə hərbi əməkdaşlıq, Əfqanıstandakı vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər və onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər məsələlər müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi