​Azərbaycan Silahlı Qüvvələrində ümumordu iməciliyi keçirilir

​Azərbaycan Silahlı Qüvvələrində ümumordu iməciliyi keçirilir Bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb
Hərbi
2 May , 2015 10:33
​Azərbaycan Silahlı Qüvvələrində ümumordu iməciliyi keçirilir

Bakı. 2 may. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 2-də Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təsdiq edilmiş plana əsasən şəxsi heyət ümummilli lider Heydər Əliyevin abidələrinin yerləşdiyi ərazilərdə, guşələrdə abadlıq və tərtibat işləri aparacaq, yaşıllıqlara qulluq göstəriləcək, müxtəlif növ ağac və gül kolları əkiləcək, digər tədbirlər həyata keçiriləcək.

Hərbi orkestrlərin çıxışları ilə müşayiət olunan ümumordu iməciliyində II Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin, Sovet İttifaqı Qəhrəmanları məzarlarının ətrafında da abadlıq-təmizlik işləri yerinə yetiriləcək.

Son xəbərlər

Orphus sistemi