​Azərbaycan Silahlı Qüvvələrində "NATO Günləri" tədbiri keçirilir

​Azərbaycan Silahlı Qüvvələrində "NATO Günləri" tədbiri keçirilir Silahlı Qüvvələrdə "NATO Günləri" noyabrın 7-də başa çatacaq
Hərbi
3 Noyabr , 2014 12:16
​Azərbaycan Silahlı Qüvvələrində NATO Günləri tədbiri keçirilir
Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 3-dən Bakıda NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" tədbiri keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir çərçivəsində NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə gedərək hərbi təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər keçirəcək və müzakirələr aparacaqlar.

Silahlı Qüvvələrdə "NATO Günləri" noyabrın 7-də başa çatacaq.

Qeyd edək ki, bu tədbir Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi