Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Rusiyaya gedib

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Rusiyaya gedib Nəcməddin Sadıkov MDB-yə üzv olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək
Hərbi
28 Sentyabr , 2016 11:09
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Rusiyaya gedib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, səfər Rusiya müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun dəvəti ilə baş tutub.

N.Sadıkov sentyabrın 29-da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək.

İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

Səfər sentyabrın 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi