MN-in idarə rəisi: "Azərbaycan Pakistanı Kəşmir probleminin həll edilməsində dəstəkləyir"

MN-in idarə rəisi: "Azərbaycan Pakistanı Kəşmir probleminin həll edilməsində dəstəkləyir" Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
Hərbi
30 Mart , 2015 15:50
MN-in idarə rəisi: Azərbaycan Pakistanı Kəşmir probleminin həll edilməsində dəstəkləyir

Bakı. 30 mart. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə hər iki ölkənin yüksək rütbəli zabitləri iştirak ediblər.

Görüşü Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov açıb. O, çıxışında bildirib ki, maraq doğuran bir sıra qarşılıqlı məsələlər üzrə iki ölkə arasında ənənəvi əməkdaşlıq mövcuddur: "Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi fəaliyyətə başlayıb.

Dağlıq Qarabağ məsələsində Pakistan Azərbaycanı dəstəkləməkdə və müdafiə etməkdə davam edir. Azərbaycan da Pakistanı Kəşmir probleminin həll edilməsində dəstəkləyir".

Pakistanın Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayn da Azərbaycan-Pakistan münasibətlərindən danışıb.

İki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi