Azərbaycan ordusunun yaradılmasının 97-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərin siyahısı açıqlanıb

Azərbaycan ordusunun yaradılmasının 97-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərin siyahısı açıqlanıb Müdafiə naziri Zakir Həsənovun göstərişinə əsasən bir sıra tədbirlər keçiriləcək
Hərbi
25 İyun , 2015 10:34
Azərbaycan ordusunun yaradılmasının 97-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərin siyahısı açıqlanıb

Bakı. 25 iyun. REPORT.AZ/ Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərin siyahısını açıqlayıb.  

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və qarnizonlar (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində tədbirlər planlaşdırıb. 

Plana uyğun olaraq Şəhidlər Xiyabanları ziyarət olunur, Silahlı Qüvvələr və müharibə veteranlarının şəxsi heyətlə görüşləri təşkil edilir, yerli icra hakimiyyəti rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, veteranlar təşkilatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə silsilə mədəni-kütləvi tədbirlər keçirilir, şəxsi heyətin təntənəli keçidləri, hərbi orkestrlərin parklarda çıxışları, ordu haqqında filmlərin nümayişi və digər tədbirlər həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi