Azərbaycan ordusunun şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı keçirilib

Azərbaycan ordusunun şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı keçirilib Bu ilin ötən dövrü ərzində həyata keçirilən tədbirlər təhlil edilib və döyüş hazırlığı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub
Hərbi
15 İyul , 2016 13:41
Azərbaycan ordusunun şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı keçirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində 2016-cı ilin ötən dövrü ərzində həyata keçirilən tədbirlərin təhlili və döyüş hazırlığının ikinci yarımilində qarşıda duran vəzifələrlə bağlı toplantı keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, toplantıda ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbirin gündəliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev toplantıda cari ilin ilk yarısında şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını təhlil edərək müdafiə nazirinin qərar və əmrlərinin tələblərinə, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılmasına dair təlimatların, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılmasını, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsini və bu istiqamətdə səylərinin artırılmasının vacibliyini qeyd edib.
Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordu günü ərəfəsində hərbçilərə mənzillərin verilməsini hərbi qulluqçuların və onların ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olduğunu xatırladan nazir müavini, dövlətimizin başçısının hərbçi ailələri ilə görüşü zamanı bir daha Azərbaycan Ordusunun mənəvi-psixoloji və döyüş hazırlığının yüksək qiymətləndirdiyini xatırlatdı. Nazir müavini bundan sonra da Ali Baş Komandan və Müdafiə naziri tərəfindən qarşıya qoyulan bütün tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Toplantıda çıxış edən general-mayor Rasim Əliyev hərbi kollektivlərdə mənəvi-psixoloji keyfiyyətlərin formalaşdırılması, sağlam mühitin yaradılması, dostluq və əsgəri yoldaşlıq ənənələrinin tərbiyə olunması istiqamətində komandir-rəis heyəti tərəfindən müvafiq işlərin görülməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırıb.
Toplantı şəxsi heyətlə iş üzrə zabitlərin, ictimaiyyət nümayəndələrinin, elm xadimlərinin, ziyalıların çıxışları və müxtəlif mövzuların müzakirəsi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi