​Azərbaycan Ordusunun irimiqyaslı təlimləri başa çatıb

​Azərbaycan Ordusunun irimiqyaslı təlimləri başa çatıb Təlimlərin yekunlarına dair müşavirə keçirilib
Hərbi
9 Fevral , 2015 18:56
​Azərbaycan Ordusunun irimiqyaslı təlimləri başa çatıb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair müşavirə keçirilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Toplantıda çıxış edən müdafiə naziri döyüş şəraitinə maksimal uyğun, praktiki atışlarla icra olunan təlimləri təhlil edərək şəxsi heyətin döyüş hazırlığını, peşəkarlığını yüksək qiymətləndirib, belə təlimlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb və komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

Son xəbərlər

Orphus sistemi