Prezident İlham Əliyev: "Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır"

Prezident İlham Əliyev: "Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır" "Əldə etdiyimiz silah və texnika imkan verir ki, istənilən vəzifəni biz şərəflə yerinə yetirək"
Hərbi
25 İyun , 2015 17:30
Prezident İlham Əliyev: Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır

Bakı. 25 iyun. REPORT.AZ/ "Son illər ərzində Azərbaycan öz hərbi potensialını böyük dərəcədə artıra bilib. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni biz şərəflə yerinə yetirək".

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin açılışı mərasimindəki çıxışında deyib.

"Təxminən 10 il bundan əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlamışdı. Bu gün Azərbaycanda 1000-ə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir və bu da ordumuzun təchizatı üçün əvəzolunmaz hal olub", - dövlət başçısı bildirib

Son xəbərlər

Orphus sistemi