​Azərbaycan nümayəndə heyəti IDEX sərgisindəki milli stendlə tanış olub

​Azərbaycan nümayəndə heyəti IDEX sərgisindəki milli stendlə tanış olub Güc strukturlarının rəhbərləri öz tövsiyələrini veriblər
Hərbi
22 Fevral , 2015 16:35
​Azərbaycan nümayəndə heyəti IDEX sərgisindəki milli stendlə tanış olub

Əbu-Dabi. 22 fevral. REPORT.AZ/ IDEX-2015 beynəlxalq müdafiə sərgisində iştirak məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan nümayəndə heyəti milli stendi ziyarət edib.

"Report" xəbər verir ki, müdafiə sənayesi naziri Yavər Camalov, müdafiə naziri Zakir Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin sədri Elçin Quliyev, Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəmanov stenddə nümayiş edilən məhsullarla tanış olublar.

Azərbaycan nümayəndələri silah növləri, Azərbaycan müdafiə sənayesinin yenilikləri və modifikasiyalar barədə ətraflı məlumat veriblər.

Nümayəndə heyəti Azərbaycan məhsullarına xüsusi maraq göstərib, həmçinin öz tövsiyələrini verib.

Daha sonra Azərbaycan nümayəndə heyəti sərgidə iştirak edən xarici şirkətlərin məhsulları ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi