Azərbaycan Müdafiə Nazirliyi ​informasiya və fiziki təhlükəsizliklə bağlı məlumat topluları hazırlayıb

Azərbaycan Müdafiə Nazirliyi ​informasiya və fiziki təhlükəsizliklə bağlı məlumat topluları hazırlayıb Bukletlərdə təhlükəsizliklə bağlı məsələlər öz əksini tapıb
Hərbi
6 Dekabr , 2014 19:09
Azərbaycan Müdafiə Nazirliyi ​informasiya və fiziki təhlükəsizliklə bağlı məlumat topluları hazırlayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin fəaliyyəti haqqında informasiyanın yayılması, dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlər haqqında müvafiq əmrinə əsasən "İnformasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə məlumat topluları hazırlanıb. 

"Report"un nazirliyin saytına istinadən məlumatına görə, bukletlərdə Müdafiə Nazirliyinin idarə, müəssisə, hərbi hissə və digər hərbi obyeklərində internet və rabitə xidmətindən istifadə zamanı kompüterlərin, şəxsi məlumatların qorunması üçün təhlükəsizlik və şifrə generasiya edən proqram təminatlarından istifadə qaydaları, kompüter istifadəçilərinə müəyyən edilən təhlükəsizlik qadağaları, eyni zamanda nazirliyə aid olan obyeklərə buraxılma qaydaları və keçirilən tədbirlər zamanı təhlükəsizlik tədbirləri öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi