Azərbaycan müdafiə nazirinin İspaniyaya səfəri başlayıb

Azərbaycan müdafiə nazirinin İspaniyaya səfəri başlayıb Səfər çərçivəsində İspaniyanın müdafiə və xarici işlər nazirləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub
Hərbi
24 May , 2016 16:50
Azərbaycan müdafiə nazirinin İspaniyaya səfəri başlayıb

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin mayın 24-də İspaniya Krallığına rəsmi səfəri başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində İspaniyanın müdafiə və xarici işlər nazirləri ilə görüşlərin keçirilməsi, eləcə də hərbi hissə və hərbi sənaye kompleksinə daxil olan şirkətlərin ziyarət olunması nəzərdə tutulub.

Səfər mayın 26-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi