Azərbaycan müdafiə naziri "Efes-2016" beynəlxalq təlimlərini müşahidə edib

Azərbaycan müdafiə naziri "Efes-2016" beynəlxalq təlimlərini müşahidə edib İ​zmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsi "Doğanbey" poliqonunda baş tutub
Hərbi
31 May , 2016 13:03
Azərbaycan müdafiə naziri Efes-2016 beynəlxalq təlimlərini müşahidə edib

Bakı. 31 may. REPORT.AZ/ İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsi "Doğanbey" poliqonunda baş tutub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yüksək səviyyəli qonaqlar qismində təlimləri izləmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.
Sonra Türkiyənin Quru Qoşunlarının komandanı ordu generalı Salih Zeki Çolak təlim haqqında qısa məlumatla çıxış edib.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli müşahidəçilərlə birgə təlimi izləyib.

Son xəbərlər

Orphus sistemi