​Azərbaycan iki ölkə ilə hərbi əməkdaşlığa dair sənəd imzalayıb

​Azərbaycan iki ölkə ilə hərbi əməkdaşlığa dair sənəd imzalayıb Müdafiə naziri Moskva şəhərində ikitərəfli görüşlər keçirib
Hərbi
23 Dekabr , 2015 13:20
​Azərbaycan iki ölkə ilə hərbi əməkdaşlığa dair sənəd imzalayıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 23-də Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkov və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Janıbek Kaparov ilə ikitərəfli görüşlər keçirib.

Bu barədə “Report”a Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hər iki görüşdə ölkələrimiz arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planları imzalanıb.

Son xəbərlər

Orphus sistemi