Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələr sırasında 10-cu yeri tutur

Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələr sırasında 10-cu yeri tutur "Global Militarization Index" reytinqində ilk üç yeri İsrail, Sinqapur və Ermənistan tutur
Hərbi
10 Dekabr , 2014 12:36
Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələr sırasında 10-cu yeri tutur

Bakı. 10 dekabr. REPORT.AZ/ Qlobal hərbiləşdirmə indeksinə görə Azərbaycan dünya reytinqində 10-cu yeri tutur. "Report" xəbər verir ki, bu barədə Bonnda Beynəlxalq Konversiya İnstitutu (BICC) tərəfindən keçirilən Qlobal Hərbiləşdirmə İndeksinin (Global Militarization Index 2013) son tədqiqatında deyilir. 

Ötən il Azərbaycan reytinqdə 8-ci yeri tutub. 

Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq, hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150 ölkəsini qiymətləndirirlər. 

Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur. 

"Global Militarization Index" reytinqində ilk üç yeri İsrail, Sinqapur və Ermənistan tutur. Sihayıda 4-cü yerdə Suriya, 5-ci yerdə - Rusiya qərarlaşıb. 

Tədqiqatların müəllifləri Qafqazda hərbi potensialın sürətlə artırılmasını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər. 

Son xəbərlər

Orphus sistemi