Azərbaycan hərbçiləri NATO-nun tədbirində iştirak edir

Azərbaycan hərbçiləri NATO-nun tədbirində iştirak edir Makedoniyanın Skopye şəhərində NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşü başlayıb
Hərbi
17 Oktyabr , 2016 17:59
Azərbaycan hərbçiləri NATO-nun tədbirində iştirak edir

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, oktyabrın 17-dən 20-dək İtaliyanın Brindizi şəhərində Amfibiya Qüvvələri üzrə ekspert görüşü, oktyabrın 17-dən 21-dək bu ölkənin Latina şəhərində maddi-texniki təminat sahəsində məruzələr üzrə təməl kursu keçirilir. 

Bundan başqa, oktyabrın 17-də Makedoniyanın Skopye şəhərində NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşü başlayıb. Görüş ayın 21-dək davam edəcək. 

Eyni zamanda, oktyabrın 17-dən 23-dək Slovakiyanın Zemyanske Kostolani şəhərində "İlkin kütləvi qırğın silahları ilə mübarizə" kursu, oktyabrın 17-dən 27-dək Litvanın Kaunas şəhərində qərargah tibb zabitləri üçün təməl kursu, oktyabrın 17-dən 28-dək Çexiyanın Vişkov şəhərində sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçirilir.

Son xəbərlər

Orphus sistemi