Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər Müdafiə Nazirliyinin nümayəndələri Almaniya və Türkiyəyə gedirlər
Hərbi
9 May , 2015 09:50
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri beynəlxalq tədbirlərə qatılacaqlar. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hərbçilərimiz mayın 11-dən 13-dək Almaniyanın Munster şəhərində artilleriya qoşunlarının təlimində müşahidəçi qismində iştirak edəcəklər. Mayın 11-dən 15-dək Türkiyənin Ankara şəhərində terrorçuluğa qarşı mübarizə çərçivəsində şəbəkələrə hücumlar kursu keçiriləcək. Kursda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi