Azərbaycan hərbçiləri arasında ​"Ən yaxşı top heyətlərinin müsabiqəsi" keçirilib

Azərbaycan hərbçiləri arasında ​"Ən yaxşı top heyətlərinin müsabiqəsi" keçirilib Şəxsi heyətin ixtisas hazırlığından nəzəri bilik səviyyələri və praktik vərdişləri yoxlanılıb
Hərbi
10 May , 2015 16:27
Azərbaycan hərbçiləri arasında ​Ən yaxşı top heyətlərinin müsabiqəsi keçirilib

Bakı. 10 may. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi təbirlər planına müvafiq olaraq, general Əliağa Şıxlinskinin 150 illik yubileyi ilə əlaqədar "Ən yaxşı top heyətlərinin müsabiqəsi" keçirilib. "Report" xəbər verir ki, müsabiqəyə Azərbaycan Silahlı Qüvvələrinin artilleriya təyinatlı hərbi hissələrindən nümunəvi top heyətləri cəlb olunub.

Yarışda top heyətlərinin döyüşə hazırlığının vəziyyəti, şəxsi heyətin ixtisas hazırlığından nəzəri bilik səviyyələri və praktik vərdişləri yoxlanılıb. Artilleriya nəzəriyyəsindəki kəşfləri ilə dünyada şöhrət qazanan general Əliağa Şıxlinskinin yubileyi ilə bağlı keçirilən müsabiqənin nəticələri müəyyənləşdikdən sonra qaliblər elan olunub.

I yer top komandiri Ceyhun Abbasov, II yeri top komandiri Nazim Kərimov, III yeri isə top komandiri Anar Kərimov olan heyətlər qazanıblar. 

Son xəbərlər

Orphus sistemi