Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib Regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb
Hərbi
2 Aprel , 2015 13:45
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Tbilisi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri Mindia Canelidze və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə nazirlər müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlıq fəaliyyətlərini nəzərdən keçirib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi