Bir ayda Azərbaycanda 34 piyada əleyhinə mina aşkarlanıb

Bir ayda Azərbaycanda 34 piyada əleyhinə mina aşkarlanıb Keçən ay ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb
Hərbi
6 May , 2015 11:41
Bir ayda Azərbaycanda 34 piyada əleyhinə mina aşkarlanıb

Bakı. 6 may. REPORT.AZ/ Bu ilin aprel ayı ərzində Azərbaycanda 1 647 620 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bu müddət ərzində 144 PHS, 3 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 486 minaaxtaran mütəxəssis, 115 nəfərlik yardımçı heyət, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 284 700 992 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690 104-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir. Keçən ay ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi