Silahlı Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib

Silahlı Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib Tibb xidməti polkovniki Famil Babayev məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib
Hərbi
31 Yanvar , 2015 12:29
Silahlı Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib

Bakı. 31 yanvar.REPORT.AZ/ Bərdədə Azərbaycan Silahlı Qüvvələrinin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tibb Baş İdarəsinin, Hərbi Tibb Fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Silahli Qüvvələrin Baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib.

O, "Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralarının müalicə xüsusiyyətləri. Hərbi travmaların müalicəsində müasir yanaşmalar" mövzusu ilə çıxış edib.

Sonra Silahli Qüvvələrin Baş reanimatoloqu, tibb xidməti polkovniki, əməkdar həkim Vüqar Abdullayevin "Hərbi travmalar zamanı anestezioloji-reanimasyon yardımın təşkili və göstərilməsi xüsusiyyətləri" və Hərbi Tibb Fakültəsi rəisinin elmi işlər üzrə müavini, tibb elmləri namizədi Pərviz Məmmədovun "Silahlı Qüvvələrin Tibb Xidməti və Səhiyyə Nazirliyi arasında elmi əməkdaşlığın təşkili və koordinasiyası" mövzusunda çıxışları dinlənilib.

Son xəbərlər

Orphus sistemi