​Arzu Rəhimov vətəndaşları qəbul edib

​Arzu Rəhimov vətəndaşları qəbul edib Valideynlər ailə vəziyyəti ilə bağlı övladlarının yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələrini istəyiblər
Hərbi
17 Sentyabr , 2015 16:27
​Arzu Rəhimov vətəndaşları qəbul edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Masallı şəhərində, Heydər Əliyev Mərkəzində Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edib. Bu barədə "Report"a Xidmətdən məlumat verilib. 

Qəbulda 45-ə yaxın vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, təkrar tibbi müayinəyə cəlb olunma, möhlət hüququnun verilməsi, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan 6 müraciət aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi