Arzu Rəhimov Zaqatalada vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Zaqatalada vətəndaşları qəbul edəcək Qəbul iyulun 10-da keçiriləcək
Hərbi
8 İyul , 2015 18:47
Arzu Rəhimov Zaqatalada vətəndaşları qəbul edəcək

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul iyulun 30-da saat 10:00-da Xidmətin Zaqatala rayon şöbəsinin inzibati binasında keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşların iyulun 29-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Son xəbərlər

Orphus sistemi