ANAMA: ​Tərtərdə 1 ədəd top mərmisi və "Qrad" raketinin mühərrik hissəsi aşkar olunub

ANAMA: ​Tərtərdə 1 ədəd top mərmisi və "Qrad" raketinin mühərrik hissəsi aşkar olunub Hazırda ANAMA ərazilərdə əməliyyatları davam etdirir
Hərbi
7 İyun , 2016 17:52
ANAMA: ​Tərtərdə 1 ədəd top mərmisi və Qrad raketinin mühərrik hissəsi aşkar olunub

Bakı. 7 iyun. REPORT.AZ/ Füzuli, Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursat aşkar olunub. 

Bu barədə "Report"a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. 

Agentlikdən bildirilib ki, iyunun 7-də 5 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 31 partlayış yeri, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 61 710 kv. m ərazi təmizlənib.

Məlumata görə, Tərtər rayonunun Şıxarx kəndində 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib və 29 min kv.m ərazi yoxlanılıb.

Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib və 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb və  8 min kv.m ərazi yoxlanılıb.

Ağdam rayonun Zəngişanlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb və 8 min kv.m ərazi yoxlanılıb.

Çəmənli kəndində isə 1 əkin sahəsində 18 partlayış yerinə baxış keçirilib və 15 min kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunda Horadiz şəhərində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib və 1 710 kv. m ərazi yoxlanılıb.

Qeyd edək ki, agentlik aprelin 7-dən iyunun 7-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 585 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirib, 1 507 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdir.

Son xəbərlər

Orphus sistemi