ANAMA-nın sentyabrda zərərsizləşdirdiyi partlamamış hərbi sursatların sayı açıqlanıb

ANAMA-nın sentyabrda zərərsizləşdirdiyi partlamamış hərbi sursatların sayı açıqlanıb Bu günədək Agentlik tərəfindən 388 380 893 kv.m ərazi təmizlənib
Hərbi
7 Oktyabr , 2016 12:47
ANAMA-nın sentyabrda zərərsizləşdirdiyi partlamamış hərbi sursatların sayı açıqlanıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2 670 572 kv.m ərazini yoxlayıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyib.

ANAMA-dan “Report”a verilən məlumata görə, ay ərzində 173 ədəd PHS və 11 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 498 nəfər əməliyyat və 124 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

Bu günədək Agentlik tərəfindən 388 380 893 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 752 243-dir.

Qeyd edilən müddət ərzində ANAMA təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Qazax, Lənkəran, Tərtər, Sumqayıt və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirib.

Bu müddət ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi