ANAMA: 1451 ədəd PHS, 11 piyada əleyhinə mina, 6 tank əleyhinə mina zərərsizləşdirilib - FOTO

ANAMA: 1451 ədəd PHS, 11 piyada əleyhinə mina, 6 tank əleyhinə mina zərərsizləşdirilib - FOTO Tərtərin Cəmilli kəndində 1 ədəd 122 mm-lik top mərmisi tapılıb
Hərbi
23 May , 2016 01:10
ANAMA: 1451 ədəd PHS, 11 piyada əleyhinə mina, 6 tank əleyhinə mina zərərsizləşdirilib - FOTO

Bakı. 23 May. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb. ANAMA-dan "Report"a verilən məlumata görə, Tərtər rayonunun Cəmilli kəndində 1 əkin sahəsində 9 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik Top mərmisi (OF56) və nəticə etibarı ilə 9 000 kv. m ərazi yoxlanılıb.

Əskipara kəndi - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik Top mərmisi (OF56) aşkar edilmiş və nəticə etibarı ilə 5700 kv.m ərazi yoxlanılıb.

Səhləbad kəndi - 1 ev və həyatyanı sahəyə baxış keçirilmiş, partlamamış hərbi sursat (PHS) aşkar olunmamış və nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılıb.

Cəmi 5 ev və həyatyanı sahə, 1 əkin sahəsi olmaqla 14 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd 122 mm-lik top mərmisi aşkar olunmuş və nəticə etibarilə 20 700 kv. m ərazi təmizlənib.

Ağcabədi rayonunun Hacılar kəndi - 2 ev və həyətyanı sahə və 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat (PHS) aşkar olunmamış və nəticə etibarı ilə 11 000 kv. m ərazi yoxlanılıb.

Cəmi: 2 ev və həyətyanı sahə, 1 əkin sahəsi, 3 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə 11 000 kv. m ərazi təmizlənib.

Füzuli rayonunun Şükürbəyli kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd raketin partlamış qalıqları aşkar edilmiş və nəticə etibarı ilə 621 kv. m ərazi yoxlanılıb.

Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə 621 kv. m ərazi təmizlənib.

Mayın 22-də 7 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 2 otlaq sahəsində 19 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd 122 mm-lik top mərmisi və gün ərzində 32 321 kv. m ərazi təmizlənib.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel - 22 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 509 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1451 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi